“Regionda konstruktiv quruculuq istiqamətinin üstünlük təşkil etməsi üçün üç Cənubi Qafqaz respublikasını – Azərbaycan, Gürcüstan və Ermənistan və üç böyük qonşunu - Türkiyə, Rusiya və İranın daxil olduğu “3+3” formatını irəli aparırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Hədəfə doğru ilk təmas baş tutub, davam edəcəyik”, - nazir qeyd edib.
44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Altılıq” platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər. İran və Rusiya bu ideyanı dəstəkləyib. Gürcüstan isə münaqişə vəziyyətində olduğu Rusiya ilə eyni formatda iştirak etmək istəmədiyini əsas gətirərək, bundan imtina edib.