Türkiyənin respublikamızdakı Səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə ölkəmizə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirik”, - səfirlikdən bildirilib