7 Fevral 2023 22:44
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zamanki kimi Türkiyəyə yardım üçün ilk gələn Azərbaycan oldu.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Zəlzələnin ilk saatlarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov zəng etdi. Xilasedicilərdən ibarət heyəti yola çıxmaq üçün artıq hazırlıqlara başlamışdılar. Hər birinə çox təşəkkür edirik", - deyə M.Çavuşoğlu bildirib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.


Müəllif: Teleqraf.com