Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Azərbaycanla bağlı həssas paylaşım edib.
Teleqraf.com xəbər verir ki, sənətçi İnstaqram hesabında ölkəmizlə bağlı bunları yazıb:
“Belə bir birlik nümunəsi ancaq bu torpaqlara məxsusdur. Bütün Azərbaycan zəlzələ bölgəsindəkilər qədər acı çəkir, ürəkləri onlarla döyünür, yediklərindən, yataqlarından, isinməkdən utanırlar. Möhtəşəm bir birlik nümayəşidir bu. Ürəyinə sağlıq, mənim öz millətim”.