9 Fevral 2023 17:40
2 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə səfirliyi Azərbaycan vətəndaşlarının zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti qoruyucu ailə olmaq üçün müraciət etməsinin mümkünlüyü barədə sorğunu müsbət cavablandırsa da, daha sonra səfirlik əməkdaşı Teleqraf.com-la əlaqə saxlayaraq bildirib:

"Türkiyə hüdudlardan kənarda ölkələrdən qoruyucu ailə tələbi ilə bağlı hər hansı təlimat yoxdur".

Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi açıqlama yayıb. Açıqlamada deyilir:

"Uşaqlarımızın ölkə hüdudlarından kənarda qoruyucu ailəyə və ya övladlığa verilməsi heç bir şəkildə müzakirə mövzusu deyil".

***

15:08

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələ nəticəsində ailəsi vəfat etmiş və ya hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac olduğunu açıqlayıb.

Qeyd olunub ki, müraciət edən namizəd ailələr “e-Devlet” portalı vasitəsilə və ya zəlzələ zonasından kənarda yaşadıqları ərazi üzrə nazirliyin rayon şöbələrinə müraciət edə bilərlər. Nazirlik indiyədək zəlzələ zonasında ailələri tapılmayan, yetkinlik yaşına çatmayanlar üçün yeganə səlahiyyətli qurumdur.

Zəlzələ baş verən gündən dəstəyini əsirgəməyən azərbaycanlılar da bu prosedura müraciət etmək istəyirlər.

Teleqraf.com məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə sorğu göndərib.

Səfirlikdən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan vətəndaşları da zəlzələdə zərərçəkmiş uşaqlara müvəqqəti olaraq qoruyucu ailə olmaq üçün müraciət edə bilər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər