“Biz məğlub dövlətik, resursumuz da yoxdur, yenidən Azərbaycanla müharibə edə bilmərik”.
Teleqraf.com xəbər verir ki, bunu “Hraparak” qəzetinə müsahibəsində “İşıqlı Ermənistan” partiyası sədrinin müavini Gevorq Qorqisyan deyib.
“Hesab edirəm ki, Ermənistanın hazırda yeni müharibəyə başlamaq üçün resursları yoxdur və yeganə başqa variant danışıqlardır”, - partiya rəsmisi bildirib və əlavə edib ki, Ermənistanın hazırkı rəhbərliyi hazırda Azərbaycanla ancaq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar aparır.
Qorqisyan jurnalistin başqa bir təxribatçı sualına cavabında Ermənistanın Azərbaycana hücum etmək gücündə olmadığını söyləyib və ona belə deyib:
“Nə edək, Azərbaycana hücum edək?
İki variant var: sülh və müharibə. Ermənistan bu gün müharibəyə hazır deyil, sülh gündəminə qarşı çıxan qeyri-adekvat qüvvələr var. O adamlar Ermənistanın düşmənləridir. Əvvəla, 2020-ci ildə nə baş verdiyini anlamırlar və uduzduğumuzu etiraf etmək istəmirlər və etiraf etmək istəmirlər ki, bizim Azərbaycana qarşı müharibə etmək üçün resurslarımız yoxdur. Eləcə də Türkiyə, İsrail və regionda fərqli maraqları olan digər böyük oyunçulara qarşı çıxmaq üçün”.
Partiya sədrinin müavini Ermənistan üçün ən yaxşı seçimin sülh olduğunu vurğulayıb: “O sülhə ehtiyacımız var”.
Qorqisyanın sözlərinə görə, əgər ermənilər sülh istəmirlərsə, müharibəyə getməlidirlər, ikinci seçim üçün isə resurs yoxdur:
“Yadınızsa salaq ki, biz məğlub dövlətik. Bu durumda necə edək, kimin hesabına (müharibəyə getməyi nəzərdə tutur – red)?”.