“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ortaya qoyduğu sülh müqaviləsini olduğu kimi imzalayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Kristin Vardanyan deyib.
“Əminliklə deyə bilərəm ki, Ermənistan hökuməti Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü tələbləri yumşaltmaq və ya qarşısını almaq üçün heç bir addım belə atmayacaq. Bu sənədi belə imzalamağa meyllidirlər. Əsl müqaviməti sözlə göstərmirlər. Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” dedilər, bunun da nəticəsini gördük. Azərbaycanın diplomatik sahədə də irəli sürdüyü tələblərə müqavimət göstərmək üçün heç bir real addım atmayacaqlar”, - deputat bildirib.
Vardanyan İrəvanın Bakının təklif etdiyi sülh müqaviləsinin mətninə heç bir əlavə və dəyişiklik etmədən imzalayacağını iddia edib.