Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraqdar dağıdıcı zəlzələdən zərər görən şəxslərə 1000 mənzil hədiyyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səlcuq Bayraqdar Tvitter səhifəsində yazıb.
“Millətimiz üçün mənzil səfərbərliyi başladırıq. Zəlzələdən zərər görən qardaşlarımızın daimi sığınma ehtiyacını həll etmək üçün AFAD ilə koordinasiyalı olaraq 1000 mənzil bağışlayırıq”, - deyə o bildirib.