14 Fevral 2023 13:09
3 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında vəziyyəti gərginləşdirir”.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş qərargah rəisi, rusiyalı general Anatoli Sidorov deyib.

“Hərbi təhlükəsizlik çağırışlarının və təhdidlərinin əsas mənbəyi Qərb elitasının təşkilat və ona üzv dövlətlər ətrafında vəziyyəti gərginləşdirməyə yönəlmiş destruktiv fəaliyyətidir”, - general bildirib.

Onun sözlərinə görə, NATO-nun hücum resurslarının Belarus və Rusiyanın qərb sərhədlərinə qədər irəliləməsi, Baltikyanı ölkələrin aqressiv ritorikası və Ukrayna böhranı fonunda artan hərbi fəallıq diqqətdə saxlanılır:

“Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq, ayrı-ayrı dövlətlərin Qafqazda mövqelərini möhkəmləndirmək, Xəzərin ehtiyatlarına və birbaşa Mərkəzi Asiyaya çıxış əldə etmək cəhdləri münaqişənin gərginləşməsinə şərait yaradır”.

Avropa Birliyinin Ermənistan-Azərbaycan təmas xəttinə mülki missiya göndərməsi Rusiya tərəfindən etirazla qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər