14 Fevral 2023 23:25
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlılar birlik göstərərək və öz imkanlarından istifadə edərək Türkiyəyə humanitar və maliyyə yardımı ediblər.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bunu Səfirliyin müşavir-elçiləri İsmayıl Əsədov və Aqşin Əliyev Türkiyə Respublikasının Moksvadakı Səfirliyində olarkən deyib.

Polad Bülbüloğlu Səfirliyin kollektivi və öz adından cari ilin 6 fevral tarixində baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş güclü zəlzələ ilə bağlı Türkiyə xalqına başsağlığı verib, yaralananlara şəfa diləyib. Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə zəlzələ bölgəsinə, oradakı insanlara bütün lazımi yardımlar göndərilib və bu gün də bu yardım davam etməkdədir. Azərbaycan xalqı səfərbər olaraq zəlzələnin baş verdiyi ərazilərə, oradakı zərər çəkmiş əhaliyə dəstək üçün əlindən gələni əsirgəmir.

Rusiyada yaşayan azərbaycanlıların Türkiyəyə humanitar və maliyyə yardımına Səfirliyin əməkdaşları da qoşulublar.

Türkiyənin Rusiyadakı Səfiri Mehmet Samsar dəstəyə görə Səfir Polad Bülbüloğluna, Səfirliyin kollektivinə və hər bir azərbaycanlıya dərin minnətdarlığını ifadə edib. Bu ağır gündə Türkiyənin Rusiyadakı Səfirliyinə bir çox azərbaycanlı gələrək öz dəstəyini göstərirlər. Bu faciə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının yalnız sözdə deyil, eyni zamanda əməldə də öz əksini tapdığını sübut edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər