“ABŞ hökuməti Cənubi Qafqazda sülhə nail olmağa çalışmaqda davam edir və davamlı sülhə nail olmaq üçün istənilən səyi alqışlayır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“Administrasiya Cənubi Qafqazda sülhə nail olunması istiqamətində fəaliyyətini davam etdirir. Dövlət katibinin (Entoni Blinken) özü də buna diqqət yetirir. Ona görə də davamlı sülhə nail olmaq üçün bizə kömək edə biləcək hər cür səyi alqışlayırıq”, - ABŞ rəsmisi bildirib.