“Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını dəstəkləməkdə davam edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Tərəfdaşlarımıza dəstəyimizi davam etdiririk. Bu yaxınlarda faydalı əlaqələr və səfərlər baş tutdu. Xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvan və Bakıya getdi”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyib.
“Müqavilə mövzusunun həssaslığını nəzərə alaraq, məsləhətləşmələrin təfərrüatlarını təqdim etməyəcəm. Moskvada bu məsələ ilə bağlı xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu bir daha təsdiq edə bilərəm”, - Rusiya rəsmisi söyləyib.