25 Fevral 2023 13:53
4 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Binalarda gücləndirmə işlərinin xərclərini biz qarşılayacağıq, vətəndaşlar bunu 3 il ərzində ödəyəcəklər”.

Teleqraf.com xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.

Bələdiyyə sədri son 25 ilin şəhərsalma baxımından boşa getdiyini ifadə edib: “İtirdiyimiz 25 il üçün ürəyimiz ağrıyır. Artıq gözləmək ölümü dəvət etməkdir. Ona görə də karbon lif üsulunu ən qısa zamanda istanbulluların xidmətinə təqdim edəcəyik. Bunun üçün karbon lifi ilə möhkəmləndiriləcək binaların xərci üçün vətəndaşlara dəstək olacağıq. Bələdiyyə olaraq təmir haqqını biz ödəyəcəyik, İstanbul sakinləri isə bunu 3 il ərzində hissə-hissə ödəyəcəklər. Bu yolla kövrək binaların heç olmasa sağ qalmasını və ölüm riskini azaltmasını təmin edəcəyik.

Vaxt itirmədən bütün riskli binaları zəlzələyə davamlı edəcəyik. Bir tərəfdən də şəhərsalma layihələrimizi aktivləşdirəcəyik”.

Bələdiyyə sədri yeni layihənin həftə sonu açıqlanacağını qeyd edib: “Gücləndirilən binalar ard-arda 3 zəlzələdən xilas oldu”.

Qeyd edək ki, mütəxəssislər seysmik zonada yerləşən İstanbul şəhərində güclü zəlzələnin proqnozlaşdırdığını bildirirlər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər