Fevralın 21-də 50 ay həbs çəkdikdən sonra Ərdəbil həbsxanasından çıxarılaraq Yəzd şəhərinə sürgünə göndərilən güney azərbaycanlı milli fəal Abbas Lisani Ərdəbilə geri dönüb.
Teleqraf.com xəbər verir ki, fəal ailəsi ilə telefon danışığı zamanı molla rejiminin məcburi sürgün hökmünə tabe olmayacağını bildirdikdən sonra fevralın 23-də doğma şəhərinə qayıdıb.
Lisanini şəhərdə çox sayda milli fəal qarşılayıb.
Abbas Lisaninin səhhətinin pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.
Milli fəal 2019-cu ilin iyul ayında molla rejiminin Ərdəbildəki İnqilab Məhkəməsi tərəfindən 8 il həbs, 2 il sürgün cəzasına məhkum olunub.