“Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyada (Berlin) səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“O ki qaldı ərazi bütövlüyünün ikitərəfli tanınması məsələsinə, bu, artıq razılaşdırılıb. Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə görə, Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı və delimitasiya prosesinin 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılması barədə razılığa gələn bənd var. Söhbət Müstəqil Dövlətlər Birliyinin təsisi anlaşmasından gedir.
Həmin bəyannamədə deyilir ki, keçmiş sovet respublikaları arasında inzibati bölgü dövlət sərhədinə çevrilir. Praqa razılaşmasına görə, delimitasiya prosesi bu prinsip əsasında aparılmalıdır”, - baş nazir bildirib.