Bu gün Xətai rayonu ərazisində yerləşən marketlərdən birində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi feysbukda məlumat yayıb.
Bildirilib ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir: "Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək".
***
18:16
Bu gün "Bravo"da baş verən silahlı insident nəticəsində dünyasını dəyişən Rüfət Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı, yaralanan Samir Şeydayev isə Unibank Kommersiya Bankı ASC-nin əməkdaşı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyin yaydığı birgə rəsmi məlumatda qeyd olunub.