17 Mart 2023 18:05
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq məsələlərini, habelə beynəxalq təşkilatlar çərçivəsində gündəlikdə duran aktual mövzuları müzakirə ediblər.

Tərəflər həmçinin bölgədəki mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər