24 Mart 2023 15:43
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavab olaraq tvitterdə yazıb.

O bildirib ki, Ermənistan hələ də itkin düşmüş 3800 azərbaycanlı ilə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”.

A.Hacızadə vurğulayıb ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər