Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamına əsasən iki NİDA-çı azadlığa buraxılıb.
Publika.az-ın müxbirinin məlumatına görə, İstintaq Təcridxanasından azadlığa buraxılan Zaur Qurbanov və Üzeyir Məmmədliyə əfv bülletenlərini Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov təqdim edib.
NİDA-çıların valideynləri də əfv sərəncamından razı qaldıqlarını bildiriblər. Əfv sərəncamının icrasında İstintaq Təcridxanasının rəisi Azər Seyidov, Penitensiar xidmətin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov, Ombudsman Aparatından Vüqar Məhərrəmov, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov iştirak edib