Azərbaycan Ordusu Ermənistanla sərhəddə, Gorus istiqamətində yeni postlar qurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Sərhəd kəndi Aravusun keçmiş inzibati rəhbəri Arqam Ovsepyan qəzetə deyib:
“Azərbaycanlılar artıq 11-ci postu (Tex kəndi istiqamətində) qoyublar. Dünən öyrəndik ki, Tex kəndi istiqamətində bir neçə polis postu da quraşdırılıb”.