4 Aprel 2023 17:24
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi açıqlayıb.

Nazirlikdən bildirilir ki, “Psixiatriya yardımı haqqında” Qanuna əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib: “Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o, evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər