ATƏT sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
Bu gün Ermənistana gələn Osmaninin hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşləri olacaq. Həmçinin parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçiriləcək.
Səfərin məqsədi ATƏT ilə Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığı gücləndirmək, mövcud təhlükəsizlik çağırışlarını həll etmək və dialoq yolu ilə Cənubi Qafqaz regionunda sülh və sabitliyi təşviq etməkdir.