12 Aprel 2023 12:00
3 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

“Regionda situasiyanın gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya birmənalı olaraq, qəti şəkildə Ermənistanın əleyhinə mövqe tutacaq”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Ekspert Ermənistanın Azərbaycana qarşı son təxribatlarına diqqət çəkib:

“Dünən Dığ (Tex) kəndi yaxınlığında mövqelərimizin atəşə tutulmasında Ermənistan ordusu Hindistandan aldığı 152 mm çaplı ATAGS (Advanced Towed Artillery Gun System) haubitsalarından və İranda istehsal edilmiş “Şahid 136” zərbə PUA-larından istifadə edib. Tehrandakı molla rejimi ilə rəsmi Dehli artıq birbaşa, aşkar şəkildə Ermənistanı dəstəkləyərək, Nikol Paşinyan rejimini Azərbaycanla müharibəyə sövq edir. Paşinyan da buna can atır, amma çox qorxur. Eynən tula kimi - hürür, amma qorxusundan quyruğunu bulayır.

Regionda situasiyanın gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya birmənalı olaraq, qəti şəkildə Ermənistanın əleyhinə mövqe tutacaq. Əlbəttə, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, Vaşinqtonla Moskva “narahatlıq” izhar edəcək, “qayğılandıqlarını” bildirəcəklər. Amma İrəvana real heç bir yardım edilməyəcək.

Vaşinqtonla sürəkli kuluar sövdələşmələri Moskvanı, Moskvadan asılılıqdan qurtulmaq istəklərinin dilə gətirildiyi Kremllə gizli danışıqlar Vaşinqtonu qıcıqlandırır. Bu səbəbdən gərginlik artarsa, Ermənistan tək qalacaq.

Analogiya qüsurlu olsa da, xatırlayaq: 2008-ci ilin avqustunda Gürcüstanda rus tankları Tiflisin həndəvərinə çatanda Mixail Saakaşvili kollektiv Qərb tərəfindən aldadıldığını anlamışdı. Azərbaycan tankları İrəvanın həndəvərində olanda isə Paşinyanın bu hissləri yaşamağa, sadəcə, vaxtı olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər