12 Aprel 2023 13:01
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”.

C.Bayramov vurğulayıb ki, Ermənistanın qeyri-destruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir: “Biz yeni hərbi təxribatların da şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər