12 Aprel 2023 17:28
3 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın hazırkı rəhbəri Avropanın dəstəyi ilə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin qisasını almaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik İqor Korotçenko deyib.

Ekspert Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatına diqqət çəkib:

“Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Avropa Birliyi missiyası regionda sülhün təmin edilməsində mühüm rol oynayacaq. Bunun necə olacağı bəllidir.

Sülhün bərqərar olmasında “mühüm rol”u indi də müşahidə etmək olar. Ermənistan hərbçilərinin sərhəddə Azərbaycan hərbçilərini “sülh yolu ilə” atəşə tutmasından sonra toqquşmalar başlayıb. Erməni təxribatının nəticəsi atışma və hər iki tərəfdən ölən və yaralananların olmasıdır. Ermənistan tərəfdən yaralıların siyahısında xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Gözəlyanın adının çəkilməsi diqqəti cəlb edir. Çətin ki, yüksək rütbəli zabitin təxribat xarakterli fəaliyyətdə iştirakı Paşinyanın və onun birbaşa tabeliyində olan şəxslərin timsalında Ermənistanın ali rəhbərliyinin icazəsi olmadan baş versin. Üstəlik, baş nazirin səlahiyyətlərini icra edən şəxsin özü də həmin gün “hansısa səbəb”dən Baş Qərargahın əməkdaşları və güc qurumunun digər nümayəndələri ilə Müdafiə Nazirliyinin binasında işləyirdi. Müdafiə naziri Suren Papikyan isə Brüsseldə NATO-nun Avropadakı Ali Komandanlığının qərargahında NATO hərbçiləri ilə söhbət edirdi. Təsadüf? Çətin ki.

Əslində, sərhədyanı bölgələrdə “sabitliyi təşviq etməli, Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalan ərazilərdə etimadı və təhlükəsizliyi gücləndirməli, Bakı və İrəvan arasında normallaşma üçün şərait yaratmalı olan” avropalı tərəfdaşların fəaliyyətinin “ilk bəhrələri” budur. Əvvəldən məlum idi ki, Avropa Birliyinin “mülki missiyası” saxtakarlıqdır. Sadəcə, Qərb Ermənistandakı komprador rejiminin xidmətindən istifadə edərək, dayanmadan bir yol axtarır və Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır”.

Korotçenko bildirib ki, Qərbin maraqları regiondakı qeyri-sabitlikdən faydalanır və Cənubi Qafqazda ikinci cəbhənin açılması sadəcə onun üçün “hədiyyə” olardı:

“Avropalı və xaricdəki “xeyirxahlar”dan başqa heç nə gözləmək olmaz.

Ümumiyyətlə, “müttəfiq” Ermənistandan da yaxşı heç nə gözləmək lazım deyil. Yuxarıda qeyd etdiyimiz atışma və insan tələfatı epizodu Paşinyanın Qərb ölkələrindən olan mütəxəssislərə xaos yaratmaqda fəal şəkildə kömək etməsinin yalnız bir nümunəsidir.

Ermənistanın baş naziri öz müttəfiqləri ilə birlikdə Rusiya sülhməramlılarını guya öhdəliklərini yerinə yetirmədiyinə görə tez-tez tənqid edir. Ancaq əslində nə baş verir? Qarabağın dağlıq hissəsində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında sakitlik var. Yarısı silahlı jandarmlardan ibarət Avropa dəstəsinin olduğu yerdə isə ölümcül atışma baş verir.

Paşinyan bu durumda Qərbdən olan yoldaşlarının əlində sadəcə faydalı axmaq deyil. Belə bir hiss yaranır ki, Ermənistanın hazırkı rəhbəri Avropanın dəstəyi ilə İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətin qisasını almaq istəyir. Bunu hərbi texnika və ehtiyatların yığılması da göstərir. Düzdür, əgər ciddi şəkildə Bakı ilə müharibə etmək qərarına gəlsə, böyük ehtimalla, 2008-ci ildə Amerikanın dəstəyinə inanan Saakaşvili kimi qalstukunu çeynəməli olacaq. İndi təxmin edək ki, Azərbaycan tankları İrəvan yaxınlığında dayananda ermənilərin lideri ilk olaraq kimin yanına qaçacaq və kömək istəyəcək?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər