Avropa Ağır Atletika Federasiyası İrəvanda Atletika üzrə Avropa çempionatı zamanı Azərbaycan Bayrağını yandırması ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda baş verən hadisə qınanılır.
"14 aprel 2023-cü ildə Ermənistanın paytaxtı İrəvanda Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı baş verən hadisəni – bir nəfərin Azərbaycan Bayrağını yandırmasını qəti şəkildə qınayır".