18 Aprel 2023 12:54
6 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibədə Azərbaycana uduzduq, indi də çarəsizlikdən bayrağını yandırırıq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

“Dünyada həmişə düşmənə uduzmuş ölkələr bayraq yandırır. Məsələn, ərəblər ABŞ və İsrailin, Türkiyədə ABŞ-ın (ifitradır – red.), İranda gah ABŞ, gah da İsrail bayraqlarını yandırırlar. Ukrayna və Gürcüstanda da Rusiya bayrağı. Biz də ənənəvi olaraq aprelin 23-də Türkiyə bayrağını yandırırıq. Bayrağı yandırmaq o deməkdir ki, onu yandıran rəqibinə uduzub, ondan qisas ala bilmir, bayrağını yandırır”, - ekspert bildirib.

Bozoyan qeyd edib ki, ermənilər azərbaycanlılara uduzublar, indi də qisas ala bilmirlər, əsəbi halda belə addımlara əl atırlar.

Politoloq Ermənistandakı qəzəb və isteriyanın Azərbaycan ordusunun son uğurlu əməliyyatları ilə əlaqəli olduğunu da iddia edib:

“Belə bir şəraitdə Ermənistan bu cür tədbirlər təşkil edəndə, Azərbaycan nümayəndələr Ermənistana gələndə ictimai qəzəb yaranır. Əlbəttə, belə addımlar beynəlxalq platformalarda qəbuledilməzdir”.

Bozoyan bayrağımızı yandıran stilist Aram Nikolyanın addımını “çarəsizlik” adlandırıb:

"Aram Nikolyanın addımı çarəsizlik idi. Əlbəttə, qəzəbin bu cür təzahürləri cəsarət sayılmamalıdır, bu, ümidsizliyin nəticəsi olduğu üçün faciədir. Güclü dövlətlər bayraq yandırmaz. Məsələn, ABŞ və Rusiyada heç vaxt bayraq yandırılmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər