20 Aprel 2023 13:09
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən hazıram, ümid edirəm ki, müraciət etdiyim problemlərin həlli çərçivəsində sülh sazişi imzalanacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

Baş nazir sülh gündəminə inandığını bildirib.

“Danışıqlarda təminatların verilməsi bizim üçün vacibdir. Heç bir zəmanətin olmaması isə beynəlxalq durumumuzun ən mühüm xüsusiyyətidir. Bu gün dünyada elə bir ölkə yoxdur ki, sabah bunun öz təhlükəsizliyi üçün də baş verəcəyinə zəmanət versin”, - Paşinyan qeyd edib.

“Nə üçün Azərbaycanla sülh müqaviləsi imzalayırıq” sualına Paşinyan belə cavab verib:

“Sülh müqaviləsini imzaladığımız hələlik fakt deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər