“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Qrant Baqratyan deyib.
Keçmiş deputat Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulmasının bununla əlaqəli olduğunu söyləyib.
“Azərbaycan Laçın dəhlizinin başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurub. Hazırda yolun hər iki tərəfində azərbaycanlılar var. Ermənistan Xarici İşlər Nazirliyi isə Rusiyanı Laçın dəhlizini “açmağa” çağırıb. Açıqlamada 10 noyabr bəyannaməsinə istinad edilir. Ermənistan XİN sadəcə rusların qayğısına qalır. Məgər Azərbaycan iki gün əvvəl Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan bəyanatından sonra keçid məntəqəsini yaratmayıb? Üstəlik, o deyir ki, bu, Madrid prinsiplərinə görə belədir”, - Baqratyan bildirib.