Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova təşəkkürnamə təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rəşad Məmmədov “Twitter“ hesabında paylaşım edib.
“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə qardaşlığına verdiyi önəm və töhfə bizim üçün çox dəyərlidir”, - deyə səfir bildirib.