26 Aprel 2023 12:37
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sülhməramlılarının komandiri Andrey Volkovun Azərbaycan nümayəndələri ilə görüşü heç bir nəticə verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Dünən Rusiya sülhməramlılarının komandiri Andrey Volkov Həkəri körpüsündə sərhəd-buraxılış məntəqəsinin (Azərbaycanın) açılması ilə bağlı danışıqlar aparıb. Tezliklə Qarabağı tərk edəcəyinə baxmayaraq, həm Azərbaycan nümayəndələri, həm də ermənilərlə ayrı-ayrılıqda danışıb. Amma üçüncü gündür, heç bir nəticə yoxdur. Əksinə, Azərbaycan dünən Laçın yolunun başlanğıcındakı keçid məntəqəsində lövhə qoyub: “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”, - məlumatda deyilir.

Erməni nəşri qeyd edir ki, Azərbaycan hərbçiləri bazar günü Laçın yolunda Rusiya sülhməramlılarının yerləşdiyi hissədə keçid məntəqəsi qoyub:

“Ruslar Azərbaycanın yük maşınları və hərbi maşınlar ilə Həkəri körpüsünü bağlamasına mane ola bilmədilər. Rusiya Xarici İşlər Nazirliyi isə Laçın dəhlizinin rejiminin dəyişdirilməsinin “qəbuledilməz” adlandırıb.

Qarabağ erməniləri əmindirlər ki, azərbaycanlılar keçid məntəqəsindəm imtina etməyəcəklər. Ruslar isə bu durumda çalışırlar ki, keçid məntəqəsində onlar da dayansınlar. Rəsmi Bakı Laçında keçid məntəqəsinin qurulmasının qanuni və beynəlxalq hüquq normalarına uyğun olduğunu, Ermənistanın Praqa və Soçidə isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər