Rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edirik.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya Xarici İşlər Nazirliyi aprelin 24-də verdiyi bəyanatda öz mövqeyini açıq şəkildə ifadə edib. Hazırda həm yerlərdə, həm də siyasi müstəvidə Rusiya kontingenti vasitəsilə Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və 10 noyabr üçtərəfli bəyanatına qayıdılması üçün lazımi səylər göstərilir”, - Rusiya rəsmisi bildirib.