Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlılarının komandiri Aleksandr Lentsov Bakıya gəlməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndidəki separatçı rejimin nümayəndəsi Tiqran Petrosyan məlumat verib.
Onun sözlərinə görə, separatçı rejim Lentsovla danışıb, o isə danışıqlar üçün Bakıya gedəcəyini bildirib:
“Ruslar deyirlər ki, çərşənbəyə (mayın 3-dək) qədər gözləyin, azərbaycanlılarla danışıqlar aparırıq ki, nəsə edək”.