9 May 2023 21:40
7 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sülh danışıqları ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Ermənistan rəsmisi məsələ ilə əlaqədar tərəflər arasında cavabsız sualların olduğunu deyib.

Qriqoryan “Ermənistan Qərbin, yoxsa Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsini imzalamağa meyllidir” sualına belə cavab verib:

“Yekun sülh sazişinin imzalanmasına gəlincə, hazırda heç bir şəkildə qərar verilməyib, harada irəliləyiş əldə etmək və yekun razılığa gəlmək imkanı varsa, biz onu orada da imzalayacağıq”.

Sülh sazişinin adının “münasibətlərin tənzimlənməsi sazişi” adı ilə əvəz edilməsinə gəlincə, Armen Qriqoryan bildirib:

“Ad o qədər də önəmli deyil, məzmun önəmlidir, bir neçə vacib sual var, önəmli olan bu suallara həll yollarını tapa bilməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər