13 May 2023 17:18
3 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda fəaliyyət göstərən “Qara Pantera” adlı qruplaşmanın rəhbəri Serob Qasparyan “Hraparak” qəzetinə müsahibəsində sərhəddəki gəlişmələrlə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Kəlbəcər istiqamətindəki (Zodda) təxribatların Ermənistan hərbçiləri tərəfindən törədildiyini iddia edib.

Qasparyan Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla döyüşmək yox, sülh müqaviləsi imzalamaq istədiyini deyib:

“Hərbçilərə və könüllülərə müraciət edirəm, səngər qazmalı, özlərinə şərait yaratmalıdırlar ki, düşmənin zərbələrindən müdafiə oluna bilsinlər.

Cəbhə bölgəsində baş verənlərlə əlaqəli çox şey bilirəm, sadəcə bu haqda danışmaq istəmirəm, ona görə də bütün könüllüləri, əsgərləri özlərinə şərait yaratmağa, zəhmət çəkməyə, kürək götürüb səngər qazmağa çağırıram”.

Onun sözlərinə görə, Paşinyanın "fəaliyyətsizliyinə" cavab olaraq erməni hərbçiləri Zodda düşmənə (Azərbaycanı nəzərdə tutur – red.) cavab verib.

Jurnalistin “Yəni bu, sırf bizim hərbçilərimizin şəxsi qərarları idi” sualına Qasparyan etirafedici cavab verib: “Bəli, əsgərimizin öz şərəfi üçün”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər