"Türkiyə milləti öz qərarını verib. Bu qərarın nə olduğunu bütün nəticələr açıqlananda biləcəyik. Seçimlərdə ən yaxın rəqibimizdən 2 milyon 600 min fərqlə öndəyik. Son nəticələrin açıqlanması ilə bu rəqəmin daha da yüksək olacağına inanırıq. Seçimin ilk turda bitib-bitməyəcəyini bilmirik. Əgər millətimiz seçimin ikinci turda həll olunmasını istəyirsə bu qərarın da başımızın üzərində yeri var".
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.
O, həmçinin bildirib ki, hazırda parlamentdə səs çoxluğu Cümhur İttifaqına aiddir.