16 May 2023 18:22
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Zəngəzur dəhlizinin açıq olmasını, yəni Naxçıvana keçiddə heç bir yoxlama həyata keçirilməməsini istəyir".

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Ermənistan liderlərinin son görüşündə müzakirə olunan bir diqqətçəkən məqama toxunub:

"Azərbaycan Prezidenti İlham Əliyevin mayın 14-də Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla 4 saat çəkən müzakirələrində hələlik şifahi razılaşdırılan bir neçə bənd var. Bunlardan biri tərəflərin Ümumdünya Gömrük Təşkilatıyla birgə əməkdaşlığına aiddir.

Bu nə deməkdir?

İrəvan Zəngəzur dəhlizinin açılmasına etiraz etməsə də, hər iki tərəfdən gömrük yoxlamalarını beynəlxalq Ümumdünya Gömrük Təşkilatının həyata keçirilməsi təklifinə müsbət yanaşıb. Biz Zəngəzur dəhlizinin açıq olmasını, yəni Naxçıvana keçiddə heç bir yoxlama həyata keçirilməməsini istəyirik, ancaq güzəşt kimi sərhəddə yoxlamanın beynəlxalq təşkilatın həyata keçirməsi variantına razılaşmaq mümkündür".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər