18 May 2023 22:57
2 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İl ərzində Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rusiya lideri Vladimir Putin niyə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirməyə ehtiyac duyub? Kreml vasitəçilikdə Brüssel və Vaşinqtondan geri qalmaq istəmir. İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə bir neçə məsələylə bağlı şifahi razılaşma əldə edilib. Bu, Kremli narahat edir. Putin iki ölkə arasında gələcək sülh sazişinin Moskvada imzalanmasını istəyir. Bunun il ərzində reallaşması mümkündür. Ancaq Kreml iki ildən sonra sülhməramlı kontingentini Qarabağdan çıxaracağıyla bağlı Bakıya təminat verməlidir”, - ekspert bildirib.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşü mayın 25-də Rusiyanın paytaxtında keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu