Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) 79-cu sessiyasının yekunlarına əsasən, bu Komissiyanın "Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi" qətnaməsi yekdilliklə qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər Nazirliyindən bildirib.
Türkmənistanla yanaşı, Azərbaycan, Ermənistan, Çin, Sinqapur, Türkiyə və Filippin də bu mühüm beynəlxalq sənədin həmmüəllifləridir.
Türkmənistanın təşəbbüsü ilə ilk dəfə ESCAP çərçivəsində irəli sürülmüş bu qətnaməyə 24 avqust 2018-ci il tarixində Türkmənbaşı şəhərindəki "Avaza" Milli Turizm Zonasında Aralın Xilas olunması üzrə Beynəlxalq Fondun təsisçi dövlətlərinin başçılarının Zirvə toplantısının, həmçinin BMT-nin Aral dənizi hövzəsi üzrə xüsusi proqramının hazırlanması üzrə beynəlxalq məsləhətləşmələrin yekunları daxildir.
"Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi" qətnaməsinin qəbul edilməsi BMT çərçivəsində Aral problemi ilə bağlı məsələlərin ardıcıl həllinə yönələcək xüsusi mexanizmin yaradılmasında böyük addımdır.