5 Yanvar 2015 15:36
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Müdafiə Nazirliyi bir daha qəti şəkidlə bəyan edir ki, kəndlərin, dinc əhalinin, heç bir hərbi əhəmiyyət daşımayan obyektlərin Ermənistanın silahlı birləşmələri tərəfindən atəşə məruz qalması Azərbaycan tərəfindən qarşılıqsız qalmayacaq və bunun cavabı sarsıdıcı olacaq".

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bəyan edib.

Onun sözlərinə görə, son günlər Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan, ələlxüsus bir neçə ildən sonra ilk dəfə minaatanlardan istifadə edərək Silahlı Qüvvələrimizin (SQ)mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutması onların çıxılmaz vəziyyətdə olduğuna işarədir.

V.Dərgahlı qeyd edib ki, işğalçı Ermənistan özünün son zamanlar cəbhədə hərbi sahədəki uğursuzluqlarının heyfini Azərbaycanın mülki əhalisindən çıxmaq istəyir. Azərbaycan tərəfi isə bununla bağlı bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görür və görəcək: "Cavabımız Ermənistan SQ-nin daha ağır və sarsıdıcı itkilər verməsi ilə nəticələnəcək və bunun məsuliyyəti tamamilə erməni rəhbərliyin üzərinə düşəcək. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bütün orduya tapşırıq verib ki, işğalçı düşmən Azərbaycan torpaqlarında özünü rahat hiss etməməli, torpaq hər an onların ayaqlarının altında od tutub yanmalıdır. Ordumuz da bu tapşırıqların icrası, eləcə də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirəcək".

Xatırladaq ki, yanvarın 3-də Ermənistan SQ-nin bölmələri iriçaplı silahlar, tank əleyhinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat verərək bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər: "Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı slahlı birləşmələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir. İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".


Müəllif:

Oxşar xəbərlər