“86.6 min kvadratkilometr əraziyə Qarabağ da daxildir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən bunu daha konkretləşdirmişəm. Ermənistan Azərbaycanın 86.6 min kvadratkilometr ərazi bütövlüyünü, Azərbaycan isə Ermənistanın 29.8 min kvadratkilometr ərazi bütövlüyünü tanımağa hazırdır”, - baş nazir bildirib.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Qarabağ erməniləri ilə Bakı arasında müzakirə edilməlidir.
Paşinyan Azərbaycanın Ermənistandakı anklavları (Qazaxın 7, Naxçıvanın 1 kəndi) ilə bağlı da açıqlama verib. O qeyd edib ki, anklavlar da Azərbaycanın 86.6 min kvadratkilometr ərazi bütövlüyünə daxildir.