“Paşinyan sülh müqaviləsi ilə bağlı Qərbin söylədiklərini deyir, amma Rusiyanın əlinə işləyir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Asəf Quliyev deyib.
Jurnalist Azərbaycan və Ermənistanın hələlik sülh müqaviləsindən uzaq olduqlarını iddia edir:
“Situasiya çox qəlizdir.
Paşinyanın mətbuat konfransında söylədiklərini hərə bir cürə yozur.
Həqiqət belədir: Paşinyan birmənalı deyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycan da Qarabağdakı ermənilərin hüquqlarına, toxunulmazlığına təminat verməlidir. Bu yanaşma Qərbin təklif etdiyi sülh sazişinin fəlsəfəsinə əsaslanır. Əgər bunlar olsa, sülh sazişi olacaq.
Azərbaycan isə Qarabağa heç bir statusun verilməyəcəyini, ümumiyyətlə, sülh sazişində Qarabağın adının çəkilməsini istəmədiyini açıq mətnlə bəyan edib. Deməli, sülh sazişi hələ uzaqdadır. Bu, Rusiyanı qane edir.
Nəticə budur ki, Paşinyan Qərbin söylədiklərini deyir, amma Rusiyanın əlinə işləyir”.