24 May 2023 17:45
3 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Gevorq Papoyan Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanın çağırışlarına cavab verib.

Teleqraf.com xəbər verir ki, siyasətçi Araikin arzular dünyasında yaşadığını bildirib.

“Arzulardan danışmaq istəmirəm, konkret həll yolları haqqında danışmaq istəyirəm. Çünki elə arzularımdan danışa bilərəm ki, siz də təəccüblənərsiniz. Ermənistanın əraziləri ilə bağlı elə arzular deyə bilərəm ki, hətta cənab Arutyunyan belə təəccübləndirə bilər. Təklif edirəm ki, pafosla, arzuyla yox, ağılla danışaq”, - deputat deyib.

Papoyan baş separatçını reallığı qəbul etməyə çağırıb:

“Faktları bir araya gətirəndə nələrin edilə biləcəyini anlayacağıq. Mən istəmirəm ki, indi müharibə yolunu seçək, sonra bir Aleksandropol (Gümrü) müqaviləsi imzalayaq. Bu xalqın, bu dövlətin naminə vəziyyəti real başa düşmək və qərarlar qəbul etmək vaxtıdır. Danışıqlarda niyə uğursuzluğa düçar oluruq? Bəs Ermənistan ötən 30 ildə danışıqlarda hansı uğuru əldə edib?”

Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması separatçıların etirazına səbəb olub.

Gümrü müqaviləsi isə Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 3-də imzalanıb. Müqavilə türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalıydı. Müqavilənin şərtlərinə əsasən, Ermənistan Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən (öz doğma və tarixi vətənlərindən) qovulmuş müsəlmanların (azərbaycanlıların) qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistanla Türkiyə arasında sərhədi də müəyyən edirdi.

Bu müqavilənin şərtlərinə əsasən, Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orduya sahib olmalı və bu ordunun 8 ədəddən çox topu, pulyemyotlarının maksimal sayı isə 20-dən çox ola bilməzdi. Həmçinin Ermənistan hökuməti Türkiyəyə qarşı və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri qüvvədən düşmüş elan edirdi. Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı və Ermənistan ərazisində hərbi tədbirlər görmək imkanını əldə edirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər