"Qərb Qarabağ ətrafındakı vəziyyətə müdaxilə etməyə çalışır".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu KTMT-nin iclasında deyib.
"Qafqaz regionunda vəziyyət daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. Hazırda Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı qoşunları təmin edir. Bununla belə, Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır", - Şoyqu bildirib.
O, Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışdığı fikrini də təkrarlayıb.
Rusiya müdafiə naziri Avropa İttifaqının Ermənistandakı mülki missiyasına toxunaraq qeyd edib ki, KTMT missiyasının regiona göndərilməsi istiqamətində işi davam etdirmək lazımdır.