30 il sonra Zəngilanın Ağalı kənd tam orta məktəbinin məzunları üçün ilk dəfə "Son zəng" çalınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi paylaşım edib.
Dörd məzun üçün bu gün "Son zəng" tədbiri keçirilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində təxminən 100 min nəfər məzun olur.