“Belə bir dəhliz (Zəngəzur) Azərbaycana verilsə, İranın gələcək planları pozulacaq”.
Teleqraf.com xəbər verir ki, bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib.
“Bu durumda İranın Hindistan və Ermənistanla gələcək planları pozulacaq. Geosiyasi baxımından İranın şimalında Turan səddi yaranacaq”, - siyasətçi bildirib.
Beqlaryan bu səbəblərdən Zəngəzur dəhlizinin molla rejiminin "qırmızı xətt"i olduğunu və buna mane olmağa çalışacağını söyləyib. Eyni zamanda, qeyd edib ki, İran İsrail və Qərb faktorunu nəzərə alaraq bölgədə münaqişəyə girməkdən çəkinir.
Beqlaryan onu da əlavə edib ki, Türkiyə İrana öz məqsədlərinə (Zəngəzur dəhlizinin açılmasına) nail olacağına dair mesajlar verir.