20 İyun 2023 12:22
2 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı Şuşanın Azərbaycan ordusu tərəfindən azad edilməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, baş nazir Ermənistan hərbi komandanlığının müharibə vaxtı Şuşa ilə bağlı ona yalan məlumatlar verdiyini deyib.

“Şuşadan davamlı narahatedici xəbərlər gəlirdi. Xəbərlər gəlməyə başladı ki, düşmənin birinci dəstəsi Şuşaya daxil olub, sonra ikinci dəstə və sair. Sonda noyabrın 7-də günorta Baş Qərargah rəisi Onik Qasparyan mənə Şuşanın “itirilməsi” (azad edilməsi) barədə məlumat verdi. Bu, mənim üçün ağır xəbər oldu. Dedim ki, Şuşanı saxlamaq lazımdır. Axırda mənə əks-əməliyyatlar, sonra bəzi uğurlar barədə məlumat verdilər, sonra əməliyyatın yaxşı getdiyini dedilər, sonra dedilər ki, Şuşadayıq. İşə qayıdanda isə mənə dedilər ki, əsgərlərimiz Şuşada yoxdur”, - Paşinyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər