“Ruslar Qarabağ ermənilərinə deyirlər ki, Ukraynada vəziyyət düzələn kimi sizə Rusiya pasportları verəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin keçmiş nümayəndəsi Hayk Xanumyan deyib.
“Yüksək səviyyədə tezislər yayılır ki, bir az da gözləsək, yaxşı olar. Ruslar (sülhməramlılar) deyirlər ki, ilyarım səbr edin, yaxşı olacaq, gözləyək, Ukraynada da, bizdə də vəziyyət dəyişəcək, tezliklə rus pasportu (Qarabağ separatçılarına) verəcəklər, yaxşı olacaq.
Bu, tam fəaliyyətsizlik kampaniyasıdır, camaatı yuxuya vermək prosesidir”, - separatçı bildirib.
Xanumyan qeyd edib ki, ermənilər baş verənlərə geosiyasi yetim kimi boyunlarını əyib baxırlar.