26 İyun 2023 13:51
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ABŞ-da keçiriləcək görüşündən irəliləyiş gözləmək olar”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Danışıqlar kifayət qədər intensiv gedir, hər iki tərəfdən verilən təkliflər, aparılan müzakirələr öz nəticəsini verir. Ümid edirəm ki, hazırda irəliləyiş var”, spiker bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda müzakirələr sabah başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər