26 İyun 2023 22:37
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar iyunun 29-dək davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz danışıqların sabah, çərşənbə axşamı başlayacağını və bu həftənin cümə axşamına kimi davam edəcəyini gözləyirik. Katib Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək və həftə ərzində daha ətraflı məlumat əldə edəcəyik. Biz əminik ki, birbaşa dialoq həll edilməmiş məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", - Miller söyləyib.

Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər